DVB-S/S2, DVB-T/T2, DVB-C bu standartlar nəyi anladır?

Bir çox alıcılar peyk və ya efir kanalları üçün resiver alarkən onun korpusunda və ya qutusunda bir neçə DVB-T, DVB-T2, DVB-C, DVB-S, DVB-S2 loqotipinə rast gəliblər, bəzi resiverlərdə isə hətta DVB-S2X loqotipi ilə də rastlaşıblar. Bəs bu standartlar nəyi bildirir?

  • Peyk yayımı DVB-S, DVB-S2, DVB-S2X.
  • Efir yayımı DVB-T, DVB-T2,
  • Kabel tv yayımı DVB-C, DVB-C2,

Çoxları elə fikirləşirki bu onlara heç vaxt lazım olmayacaq, istehsalçı tərəfindən marketinq fəndi kimi edilmişdir və bu loqotipə "bükülmüş" nə isə video və ya səsin keyfiyyətinə təsir edən əlavə bir funksional özəllikdir. Resiverlərin alışına daha diqqətlə yanaşan alıcılar isə bilirlər ki, DVB açılışı Digital Video Broadcastinq kimidir və bu aparatın rəqəmsal televiziya qəbuledicilərinə aid oldugunu göstərir.

Bəs rəqəmsal TV nədir? Analoq TV-dən nə ilə fərqlənir? Bu cür suallar bir çox alıcılarımızı narahat edir, ona görə də bir qədər aydınlıq gətirməyə çalışacagıq.

Vikipediya-nın dediyi kimi rəqəmsal televiziya - video və audio siqnalın MPEG sıxılma sisteminin köməyi ilə kodlaşdırılmasının müasir texnologiyasıdır və televiziyada görüntü və səsin ötürülməsində istifadə olunur. DVB termini isə (Digital Video Broadcasting) beynəlxalq DVB Project konsorsiumu tərəfindən müəyyənləşdirilmiş rəqəmsal televiziya standartları ailəsinə mənsubiyyətini göstərir. İlk olaraq siqnal bu halda peykdən yayıldıgı üçün, ilkin olaraq DVB-S standartı yarandı ki, burada S hərfi Satellite (peyk) sözündən götürülmüşdür və onun peyk televiziyasına aid oldugunu bildirir. Çox keçmədən rəqəmsal televiziya daha yüksək görüntü və səs baxımından nəinki peykl yayımında, həmçinin efirdə və kabel şəbəkələrində də analoq yayımı sıxışdırdı. Bütün yuxarıda sayılan yayım növləri tezlik kanallarına, modulyasiyasına və.s. görə bir-birindən fərqlənir və buna görə də müxtəlif cür markalanır.

  • DVB-S, peyk TV yayımına aiddir;
  • DVB-T, efir TV yayımına aiddir;
  • DVB-C, kabel TV yayımına aiddir.

Yuxarıda qeyd etdiyimiz kimi rəqəmsal televiziyanın analoq TV-dən bir çox üstünlükləri var. Yüksək keyfiyyətli görüntü və səsdən əlavə, HD və 4K UltraHD dəqiqliklə görüntü o cümlədən həcmli səs də mümkündür. Bundan başqa EPG, bir neçə əlavə səs cıgırı, və.s kimi müxtəlif əlavə informasiyada siqnalla ötürmək olar.

Rəqəmsal peyk televiziyası standartları DVB-S, DVB-S2 və DVB-S2X.

DVB-S və DVB-S2 – iki nəsil rəqəmsal peyk televiziyasıdır. DVB-S keçən əsrdə 90-cı illərin ortalarında yarandı, onun yerinə gələn DVB-S2 isə 2003-cü ildə işlənib hazırlandı və 2005-ci ildə qəbul olundu. Qəbuledicinin və ya televizorun üzərində bu loqotiplərin olması onun peyk TV qəbulunu dəstəklədiyini göstərir.


Belə qəbul olunub ki əgər resiverin üstündə DVB-S2 loqotipi varsa onda bu HD resiverdi (HDTV tüner). Məişət resiverləri üçün bu düz olsada professional avadanlıqda heç də həmişə belə deyil.

Əlbəttə bu loqotipin olması o demək deyil ki peykdən yayım qəbul olunacaq, bundan əlavə anten qurulmalı v uygun peykə ayarlanmalıdır. Əgər siqnal şifrələnmişsə üstəlik onu deşifrə etmək lazımdı.

Ən müasir resiverlər isə artıq DVB-S2 standartının modifikasiyası olan – DVB-S2X standartını dəstəkləyir. Bu modifikasiya DVB-S2 standartına əlavədir və peyk yayımında məhsuldarlıgın və əlavə funksionallıgın artmasına yönəlib. DVB-S2X yaranması, DVB-S2 yaranandan sonrakı 10 il ərzində teleyayıma yeni tələblərin olması ilə əsaslanmışdı.

Müasir modfikasiya - DVB-S2X daha yüksək siqnal/küy (C/N) spektr effektivliyində,  C/N daha kiçik qiymətlərini dəstəkləməsi ilə xarakterizə olunur. 

Rəqəmsal efir televiziyası standartları DVB-T, DVB-T2.

DVB-T və DVB-T2 – iki nəsil rəqəmsal efir yayımı standartıdır. Azərbaycan artıq bir neçə ildir ki efir televiziyası analoq yayımdan rəqəmsal  DVB-T2 yayımına keçib. Bu satandart DVB-T standartından daha müasir və funksionaldır.


Resiverdə və ya televizorda DVB-T2 loqotipi göstərir ki bu qurgu rəqəmsal efir televiziyasını qəbul edə bilər. Amma əlbəttə peyk televiziyasında oldugu kimi burada da mütləq efir anteni qurulmalı və ayarlanmalıdır.

Rəqəmsal kabel televiziyası standartları DVB-C, DVB-C2.

 DVB-C və DVB-C2 ilə isə vəzyyət bir qədər başqadır. Bunlardan birincisi kabel tv operatorları tərəfindən fəal istifadə olunur və əgər siz rəqəmsal kabel televiziyasına qoşulmusunuzsa deməli sizin resiver və ya televizor DVB-C standartını dəstəkləyir. Bütün müasir televizorlar DVB-C standartını dəstəkləyir, əgər sizin televizor köhnə modeldirsə onda rəqəmsal kabel televiziyasınıqəbul etmək üçün sizə DVB-C resiver lazımdır.

Bir çox provayderlər kabel siqnalını şifrələyirlər, buna görə də deşifrə etmək üçün xüsusi kartlar lazımdır. Bu cür kartlarla işləmək üçün qəbuledicinin kart və ya Cİ modul üçün slotu olmalıdır. Televizorlar bir qayda olaraq Cİ modulları dəstəkləyir.

DVB-C2 və DVB-C arasındakı əsas fərq ondanır ki, ikinci nəsil standartda bir QAM modulyasiya olunmuş aparıcı zolaq əvəzinə  OFDM modulyasiyadan istifadə olunur. DVB-C2 kütləvi olaraq kabel şəbəkələrində istifadə olunmur və demək olar ki daha çox kagız üzərindədir.

Resiverin və ya televizorun üzərində bir neçə loqotipin misal üçün DVB-S/S2, DVB-T/T2 və DVB-C olması onu göstərir ki bu qurgunun müxtəlif mənbələrdən siqnalı qəbul etmək üçün bir neçə tüneri var. Əgər qəbuledici bir neçə tünerə malikdirsə onda onu kombinə olunmuş, kombo və ya hibrid də adlandırılar. Bu cür qəbuledicilər siqnalı bütün mümkün kanallar vasitəsilə qəbul edə bilirlər və nəzərə alsaq ki müasir resiverlə internet şəbəkəsinə də baglanaraq İP-televiziyaya da qoşula bilər. Bu halda kanalların sayı asanlıqla 1000 keçə bilər, həm də bunlar tək ümumi məzmunlu kanallar deyil, idman, elmi, film, musiqi kanalları da ola bilər.


Bir neçə nümunə:

  • DVB-T2/C/S2 göstərir ki, bu qurgu efir, kabel və peyk tv kanallarını göstərə bilər,
  • DVB-T2/S2 – o deməkdir ki bu avadanlıq efir və peyk yayımın dəstəkləyir.

Televizordan fərqli olaraq resiverlər televiziya kanallarının qəbulu üçün daha geniş imkanlar verir. Bunlar kanal siyahılarının daha rahat redəktə olunması, pullu kanallara baxmaq üçün əlavə funksiyalardı. İki pultun olması kimi mənfi cəhəti isə sadəcə universal pult vasitəsilə həll etmək olar. Bu pultla bir çox qurgunu idarə etmək olar.

Müasir texnologiyalar video və audio kontentə çıxış üçün geniş imkanlar yaradır və DVB-C, DVB-T/T2 və DVB-S/S2 standartları ancaq mümkün qəbul variantlarıdır. Seçim isə həmişə sizindir. 

08/09/2019