breadcrumbs_revolution_theme

• Avadanlığa verilən zəmanət, həmin avadanlığın zəmanət müddətində ödənişsiz təmiri deməkdir.
• Avadanlıqda fiziki xəsarət və təmir izləri aşkar olunduqda avadanlıq zəmanətli təmirə qəbul edilmir.
• Məhsulların quraşdırılma, təmiri və istifadəsi müvafiq səlahiyyəti və ixtisası olmayan şəxslər tərəfindən həyata keçirilərsə, zəmanətli  təmirdən imtina edilə bilər.
• İstehlakçı məhsulların saxlama, daşınma və istifadə şərtlərni pozduğu halda, zəmanət təmiri hüququnu itirir;
• Zəmanət plomblarında hər hansı açılma əlamətləri olmamalıdır;
• Avadanlığı işə salmazdan əvvəl diqqətlə içindəki göstərişi oxuyun, istifadə şərtlərinə riayət edilmədiyində zəmanət təmiri hüququ itirilir. 
• Alınan hər hansı bir avadanlıqda defekt alış günündən 14 gün müddətində müəyyən olunmayıbsa, avadanlıq dəyişdirilə bilməz
• Elektrik şıçrayışı və azalması nəticəsində habelə proqram təminatı yükləyərkən sıradan çıxan avadanlıq avadanlıq zəmanətli təmirə qəbul edilmir.
• Alınan hər hansı bir avadanlıqda 14 gün müddətində defekt yaranarsa, qablaşdırılması (qutu və digər detallar) tam olmaq şərti ilə geri götürülür və ya dəyişdirilir.
• Məhdud istifadə müddəti olan hissələrə (pultlar, qida blokları, usb- adapterlər və.s) zəmanət verilmir.
• Standart zəmanət müddəti 3 aydır